FARUK Legal & Tax Services ən qabaqcıl təcrübəyə uyğun olaraq bütün növ hüquq və vergi xidmətləri təklif edən butik tipli konsaltinq şirkətidir.
Bir butik şirkət olaraq müştərilərimizə hazır şablonlar arasından seçim etməyi təklif etmirik. Sizin məxsusi ehtiyaclarınız üçün məxsusi olaraq “biçilmiş” həll yolları təqdim edirik. Xidmətlərimiz keyfiyyətin, vaxtın və sərfəli qiymətin ən optimal nisbətini özündə cəmləşdirir. Bir sözlə, Sizə mükəmməl olanı təqdim edirik.
Biz problemin əmələ gəlməsini gözləmirik, onun qarşısını əmələ gəlmədəm almağa çalışırıq. Problem meydana çıxdıqda isə Sizə kənardan quru məsləhətlər verməklə işimizi bitmiş hesab etmirik; problemlərinizin dərinliyinə vararaq Sizin üçün ən münasib nəticə əldə olunanadək əlimizdən gələni əsirgəmirik. Çünki Sizi yalnız müştərimiz kimi qəbul etmirik, özümüzü həm də Sizin komandanızın tərkib hissəsi hesab edirik.
Hər bir iş adamı üçün ikinci dərəcəli məsələlərə vaxt və əsəb itirməmək çox önəmlidir. Bizim xidmətlərimizdən istifadə etməklə düşüncələrinizə rahatlıq verin və fikrinizi əsas biznesinizə cəmləyin; düşüncələrinizə narahatlıq gətirən kənar maneələrin öhdəsindən gəlmə yükünü bizə buraxın.
Məhkəmələrdə təmsilçilik, məhkəmə müdafiəsi ilə bağlı tam hüquqi dəstək
Dövlət orqanlarından bütün növ lisenziyaların, icazələrin, razılıqların, şəhadətnamələrin və sertifikatların alınması
Bütün növ müqavilələrin hazırlanması, hüquqi ekspertizası və müqavilə danışıqlarında təmsilçilik
Əmək və miqrasiya münasibətləri ilə bağlı bütün sənədlərin hazırlanması, qanunvericiliyə riayət olunması üzrə tam hüquqi dəstək, yoxlamalar zamanı təmsilçilik
Vergi strukturlaşdırması, planlaması, optimizasiyası və auditi
Daşınar və daşınmaz əmlaka hüquqlar üzrə tam hüquqi dəstək
Əqli mülkiyyət hüquqları üzrə tam hüquqi dəstək
Ümumi qaydalara (korporativ, antiinhisar, rəqabət, antikorrupsiya, istehlakçı hüquqları, valyuta nəzarəti, vergi, gömrük və s.) riayət olunması üzrə tam hüquqi dəstək
Spesifik sahəvi qaydalara (maliyyə bazarları, inşaat, mədənçıxarma, neft və qaz, kənd təsərrüfatı, səhiyyə, İT və telekommunikasiya, gəmiçilik və s.) riayət olunması üzrə tam hüquqi dəstək
Yoxlamalar zamanı təmsilçilik
Şirkət, QHT, filial və nümayəndəliklərin qeydiyyatı, yenidən təşkili və ləğvi
Ofşor şirkətlərin qeydiyyatı
Təsis müqavilələrinin tərtibi
Korporativ strukturlaşdırma
Birləşmə və qoşulmalar, bölünmə və ayrılmalar, çevrilmə və iflas prosesləri zamanı tam hüquqi dəstək
Qanunvericilik layihələrinin hazırlanması
Hüquqi “due diligence”
Mediasiya
Hüquqi sənədlərin tərcüməsi
Təlimlərin təşkili
Fərid Hüseynov
İdarəedici Partnyor
İdarəedici Partnyor
2009-cu ildə Dövlət İdarəçilik Akademiyasından hüquqşünas ixtisası üzrə bakalavr dərəcəsini, 2013-cü ildə Bakı Dövlət Universitetindən magistr dərəcəsini almışdır. 2010-cu ildə Almaniyanın Kil şəhərindəki Xristian Albrext Universitetinin Şərqi Avropa Hüququ İnstitutunda xarici investisiya hüququ sahəsində tədqiqat aparmışdır.
2011-2015-ci illərdə EKVITA Legal & Tax Services şirkətində kiçik hüquqşünas, hüquqşünas və baş hüquqşünas vəzifələrində işləmişdir.
2015-ci ildə digər ortağı ilə birlikdə FARUK Legal & Tax Services şirkətini təsis etmişdir.
Daha çox korporativ, vergi, gömrük, müqavilə, İT və telekommunikasiya, maliyyə bazarları və əqli mülkiyyət məsələlərində ixtisaslaşmışdır.
Xarici dillərdən türk, rus və ingilis dillərində sərbəst danışır, həmçinin ərəb və alman dillərində əsas biliklərə malikdir.
Email: farid.huseynov@faruk.az
Tel: +994 55 828 12 74
Yusif Hüseynov
Partnyor
Partnyor
2009-cu ildə Dövlət İdarəçilik Akademiyasından hüquqşünas ixtisası üzrə bakalavr dərəcəsini, 2013-cü ildə Bakı Dövlət Universitetindən magistr dərəcəsini almışdır.
2011-2016-cı illərdə EKVITA Legal & Tax Services şirkətində kiçik hüquqşünas, hüquqşünas və baş hüquqşünas vəzifələrində işləmişdir.
2016-cı ildən FARUK Legal & Tax Services şirkətinə qoşularaq ortaqlardan birinə çevrilmişdir.
Daha çox əmək, prosessual (məhkəmə), daşınmaz əmlak, QHT, müqavilə, lizinq və əqli mülkiyyət məsələlərində ixtisaslaşmışdır.
Xarici dillərdən türk, rus və ingilis dillərində sərbəst danışır.
Email: yusif.huseynov@faruk.az
Tel: +994 55 272 02 07
İlkin Surxayzadə
Partnyor
Partnyor
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından hüquqşünas ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə Strasburq Universitetindən magistr dərəcəsini almışdır.
2012-2013-cü illərdə "Ədalət" Hüquq Firmasında hüquqşünas vəzifəsində işləmişdir.
2013-2015-ci illərdə EKVITA Legal & Tax Services şirkətində hüquqşünas vəzifəsində işləmişdir.
2015-ci ildə digər ortağı ilə birlikdə FARUK Legal & Tax Services şirkətini təsis etmişdir.
Daha çox prosessual (məhkəmə), miqrasiya, İT və telekommunkasiya, daşınmaz əmlak, istehlakçı hüquqları, müqavilə, lizinq və əqli mülkiyyət məsələlərində ixtisaslaşmışdır
Xarici dillərdən türk, fransız və ingilis dillərində sərbəst danışır.
Email: ilkin.surkhayzade@faruk.az
Tel: +994 55 396 61 26
2015-ci ildən FARUK Legal & Tax Services şirkətini bütün məsələlərdə bizə tam hüquqi dəstək verməsi üçün cəlb etmişik. Bu müddət ərzində FARUK komandası özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Onların dəstəyi sayəsində şirkətimizdə illərdən bəri yığılıb qalmış hüquqi çətinliklərin öhdəsindən gələ bilmişik.
2016-cı ildən bütün hüquqi işlərimizi, o cümlədən 100-dən artıq məhkəmə mübahisəmizi FARUK Legal & Tax Services şirkətinə həvalə etmişik. Mən və komandamın hər bir iş gününün müəyyən hissəsi qarşımıza çıxan gündəlik problemlərin FARUK komandasıyla müzakirəsi ilə keçir. Onlarda ən çox bəyəndiyib cəhət bizib problemlərimizi, sanki, öz problemləri kimi qəbul edib onların həll olması üçün böyük həvəslə can yandırmalıdır.
Biz FARUK Legal & Tax Services-in peşəkarlıq, operativlik və əməli dəstək səviyyəsindən çox məmnunuq. Biz FARUK-un fədakar peşəkar komandasını cəlb edərkən özümüzü həmişə əmin hiss edirik, çünki onlar hər bir problemin ümumi mənzərəsini yuxarıdan görməkdə və eyni zamanda hər kiçik detala diqqəti itirmədən bu problemin öhdəsindən gəlməkdə kifayət qədər səriştəlidirlər. Buna görə də, əmək, hüquq və vergi məsələlərində dəstəyə ehtiyacı olan hər bir kommersiya təşkilatına FARUK-u israrla tövsiyə edirəm.